Texniki Problem Yaranan Hallarda Kompensasiya Haqqınız

Baş SəhifəTexniki Problem

Hər il texniki problemlərə görə bir çox uçuş ləğv edilir və ya gecikir. Təyyarənin texniki problemlər səbəbindən uça bilməyəcəyi halda hava yolu şirkəti buna görə məsuliyyət daşıyır və beləliklə bu hallarda siz maliyyə kompensasiyasa ala bilərsiniz.

Əgər gecikmənin və ya ləğvin səbəbi texniki problemdirsə, hava yolu şirkəti ona görə məsuliyyət daşıyır və bu səbəbdən sizin kompensasiya almaq haqqınız vardır. Gecikmə fırtınalar, terror və ya iş tətillərinə görə olmadıqda kompensasiya alına bilər. Texniki problemlərlə əlaqədar uçuşların təxirə salınması və ləğv edilməsi sizə kompensasiyanın 100% -nı qazandırır.

Son təyinatınıza 3 saatdan çox gecikmə ilə gəldiyiniz təqdirdə kompensasiya almağa haqqınız ola bilər. Kompensasiya kimi istənilən məbləğ yerli və ya beynəlxalq uçuş olmasından, başlanğıc və son nöqtələri arasındakı məsafədən aslıdır.

Biletimi Dəyişə və ya Pulumu Geri Ala Bilərəm?

Uçuşunuz texniki problemlər səbəbindən ləğv olunarsa, hava yolu şirkəti sizə adətən növbəti gediş üçün bilet təklif etməlidir. Uçuşun ləğv edildiyi və ya ən az 5 saat gecikdirildiyi halda pulunuzu geri ala bilərsiniz.

Uçuş texniki problemlər səbəbindən ləğv edildikdə uyğun bir müddət ərzində sizə yeni bir səfərə bilet təklif edilmirsə və siz özünüz yeni bilet almalı olursunuzsa, Flycancel yeni biletin xərcini geri qaytarmaqda sizə kömək edə bilər.

Artıq 2 saat gecikmədən sonra yemək və içki ilə, gecikmə bir neçə gün sürərsə otel ilə də təmin edilməlisiniz. Bu xidmətlər sizə təklif edilmədikdə və gecikmə səbəbindən yaşanılan xərcləriniz üçün ödəniş etdiyiniz təqdirdə, Flycancel şirkətinə sənədləriniz göndərin və biz sizə xərclərinizi geri qaytarmanıza kömək edəcəyik.

Flycancel şirkəti hər il çoxlu sayda uçuşların əslində texniki səbəblərə görə ləğv olunduğunu, amma müştərilərə “pis hava şəraiti” səbəbin deyilməsinin şahidi olur. Buna görə sizə kompensasiya haqqınız yoxdur deyə xəbər verilsə də, kompensasiya almaq haqqınız ola bilər. 3 il əvvəl baş verən uçuş gecikməsi, ləğvi və ya dəyişdirilməsi üçün kompensasiya tələb edə biləcəyinizi unutmayın.

Qeyd edək ki, Avropa Birliyinin (İsveçrə, Norveç və İslandiya daxil olmaqla) xaricində başqa qaydalar tətbiq olunur.

Texniki problemlər yaranan halda kompensasiya haqqları barəsində suallarınız varsa ətraflı məlumat üçün hər zaman Flycancel ilə əlaqə saxlaya bilərsiniz.

Müraciət Eləmək