Sizin Finnair uçuşunuz gecikdirildi və ya ləğvmi olundu?



Finnair şirkəti Finlandiyaya məxsus Finlandiya və Asiya arasında səyahət edən aparıcı hava yolu şirkətlərdən biri olmağa çalışır. Hava yolu şirkəti 1923-cü ildən başlayaraq böyük bir tarixə malikdir.

Statistika göstərir ki, Skandinav səyyahların yarıdan çoxu ekzotik Asiyaya səyahət edərkən Finnairdən istifadə edirlər. Kopenhagendən təxminən 400 min sərnişin Finnair ilə hər il səyahət edir. Hava yolu şirkəti Kopenhagen hava limanından həftədə 26 səfər edir.

Finnair ilə gecikdiniz? Siz kompensasiya ala bilərsiniz.

Bəzən uçuşlar təxirə salınır və ya ləğv edilir, bu Finnair uçuşlarına da aiddir. Sizin Finnair uçuşunuz təxirə salındıqda və ya ləğv olunduqda, adam başı 600 avroya qədər kompensasiya ala bilərsiniz.

Bununla belə kompensasiya almaq üçün bir neçə şərt var. Sizin Finnair uçuşunuz ən azı 3 saat gecikdirilməli və ya tamamilə ləğv edilməlidir. Finnair uçuşunuza buraxılmadığınız təqdirdə də sizin kompensasiya almağa haqqınız var.

Bu haqqınız Avropa Birliyinin 261/2004 saylı qanunu ilə təmin olunur. Qanun Avropa Birliyinin ölkələrinə (İsveçrə, Norveç, İslandiya və s. daxil olmaqla) və bu ölkələrə aid olan hava yolları şirkətləri ilə edilən səfərlərə aiddir.

Gecikdirilmiş və ya ləğv edilmiş Finnair uçuşu.

Finnair uçuşunuz təxirə salındıqda və ya ləğv olunduqda kompensasiya ala bilərsiniz. Uçuşunuzun təxirə salınması və ya ləğv edilməsi terror, müharibə, qeyri-adi yol şəraiti, təbii fəlakət və ya iş tətili kimi xüsusi hallar səbəbindən deyilsə, siz kompensasiya haqqına maliksiniz.
 
Qanuna əsasən Finnair hava yolu şirkəti uçuşun pozulmasına görə məsuliyyət daşımadığını bildirəcək bir sübut təqdim etməlidir.

hava yolu şirkətləri kompensasiya ödəməmək üçün gecikmə və ya ləğvetmə ilə bağlı məsuliyyət daşımadıqlarını iddia edə bilərlər. Belə hallarda Flycancel bu prosesin son qərarını almaq üçün məsələni Nəqliyyat İdarəsinə ötürür.

Dövlət Nəqliyyat İdarəsi Finnairi gecikmə və ya ləğvə görə məsuliyyət daşıdığını təsdiqləsə, prosesin yekunlaşdığı qəbul edilir və sərnişinlər adam başı 600 avroya qədər kompensasiya alırlar.

Finnair uçuş gecikdirilməsi üçün kompensasiyanı indi tələb edin!

Flycancel gecikdirilmiş və ya ləğv edilmiş Finnair uçuşu üçün kompensasiya tələb edə bilərsiniz. Finnaira qarşı bir prosesə başlamaq olduqca asandır. Sadəcə www.flycancel.com saytına daxil olmanız tələb olunur. Burada ilk səhifədə formu doldurub biletinizin surətini təqdim edə bilərsiniz.

Biletinizi tapa bilməsəniz ümidinizi itirməyin. Turizm şirkətinə və ya Finnaira müraciət edərək biletinizin surətini əldə edə bilərsiniz. Son 3 il ərzində Finnair ilə edilən səfərlər üçün kompensasiya tələb edə bilərsiniz.

Kompensasiya kimi istənilən məbləğ yerli və ya beynəlxalq uçuş olmasından, başlanğıc və son nöqtələri arasındakı məsafədən aslıdır.

  • Yerli uçuşlar üçün adam başı 100 avro kompensasiya
  • 1,500 kmdən az məsafəli beynəlxalq uçuşlar üçün adam başı 250 avro kompensasiya
  • 1,500 - 3,500 km arası məsafəli beynəlxalq uçuşlar üçün adam başı 400 avro kompensasiya
  • 3,500 kmdən çox məsafəli beynəlxalq uçuşlar üçün adam başı 600 avro kompensasiya