İş Tətili Hallarında Kompensasiya Haqqı

Baş Səhifəİş Tətili Hallarında

Hava yolu şirkətləri daxilində baş verən tətillər və əmək münaqişələri təəssüf ki, hər il hava sərnişinlərinə təsir edən məsələlərdir. İş tətilləri səbəbindən bir uçuş ləğv edildikdə bu təyinatlarına yetişməyən sərnişinlərlə nəticələnir. Tətil və ya əmək münaqişələrinə görə uçuşunuz ləğv olunduqda və ya təxirə salındıqda uçuş sərnişini olaraq sizə kömək edəcək bir neçə haqqınız var

İş Tətili Hallarında Sizin Sərnişin Haqqlarınız

Uçuşunuz iş tətili səbəbindən təxirə salındıqda və ya ləğv olunduqda, istəyə biləcəyiniz bir sıra haqqınız var. Xahiş edirik burada oxuyun və iş tətili səbəbiylə uçuş gecikəndə və ya ləğv edildikdə nə tələb edə biləcəyinizi öyrənin.

  • Uçuşunuz iş tətili səbəbi ilə ləğv edildikdə, hava yolu şirkəti adətən növbəti mövcud gediş üçün bir bilet təklif edir.
  • Əgər müvafiq müddətdə yeni bir səfər təklif edilməsə və özünüz bir yeni uçuş tapsanız, Flycancel yeni biletin xərcini geri qaytarılmasına kömək edə bilər.
  • Uçuşun ləğv edildiyi və ya ən az 5 saat gecikdirildiyi təqdirdə biletinizi geri ala bilərsiniz.
  • 2 saat gecikmədən sonra yemək və içki almaq, eləcə də pulsuz internet və telefon danışığı haqqı vardır. Gecikməyə görə daha çox müddət gözləmək tələb olunarsa, oteldə qalma haqqınız da vardır
  • Əgər sizə yemək, içkilər və ya otel təklif edilmirsə, bu xidmətlərə görə ödəniş edirsinizsə, qəbzləri saxlayın və biz xərclərinizi geri ödəməyə kömək edəcəyik.

İş Tətili Olduqda Nə Eləmək Lazımdı

  • Bir tətil elan edildikdə və ya ekranda bir hava tətilinin yazıldığı görünürsə, sizə necə təsir etdiyini bilmək üçün hava yolu şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
  • Tətil varsa, hava limanı və ya hava yolunun saytını və xəbərlərini izləyin.
  • Bir iş tətilinə baxmayaraq hava yolu şirkəti gəlməmənizi bildirməsə uçuşdan əvvəl hava limanında olmağınız tələb olunur.
  • Hava yolu və ya turizm şirkətinə ən qısa müddətdə başvurmalısınız və yeni bir bilet almaq və ya köhnənin xərcini geri qaytarmaq istəsəniz onları məlumatlandırmalısınız.

İş Tətili Hallarında Heç Bir Maliyyə Kompensasiya Tədbiq Edilmir

Avropa Birliyində və ya Avropa hava yolu şirkətləri ilə olan uçuş gecikmələri və ya ləğvləri halında, siz Flycancel vasitəsi ilə müraciət edib kompensasiya ala bilərsiniz. Lakin uçuşunuz iş tətili, fırtına və ya müharibə / terror nəticəsində ləğv olunduqda və ya gecikdirildikdə kompensasiya haqqı etibarlı deyil. Bu hallar hava yolu şirkətinin nəzarətindən kənar qeyri-adi hallar hesab edilir və buna görə kompensasiya haqqı yoxdur.

Bir tətil varsa, daha ətraflı məlumat üçün havayolu şirkətinə müraciət edin, onlardan uçuş dəyişdirilməsini və ya bilet xərcinin qaytarılmasını xahiş edə bilərsiniz.

Müraciət Eləmək