Grup səyahətləri üçün kompensasiya

Qrup səfərləri üçün tədbiq olunan qanunlar tək səyahət edərkən tədbiq olunlarla eynidir.

Flycanceldə biz səyahət zamanı gecikmiş qruplar ilə bir çox hallar yaşadıq. İş prosessini asanlaşdırmaq üçün qrupdan əlaqə qurmaq üçün bir nəfər seçmək daha düzgündür.

Uçuş təxirə salındıqda və ya ləğv olunduqda hansı hallarda kompensasiya haqqı var?

Son təyinatınıza 3 saatdan çox gecikmə ilə gəlsəniz, kompensasiya ala bilərsiniz. Kompensasiya kimi istənilən məbləğ yerli və ya beynəlxalq uçuş olmasından, başlanğıc və son nöqtələri arasındakı məsafədən aslıdır. Qeyd edək ki, Avropa Birliyinin (İsveçrə, Norveç və İslandiya daxil olmaqla) xaricində başqa qaydalar tətbiq olunur.

  • Yerli uçuşlar üçün adam başı 100 avro kompensasiya
  • 1,500 kmdən az məsafəli beynəlxalq uçuşlar üçün adam başı 250 avro kompensasiya
  • 1,500 - 3,500 km arası məsafəli beynəlxalq uçuşlar üçün adam başı 400 avro kompensasiya
  • 3,500 kmdən çox məsafəli beynəlxalq uçuşlar üçün adam başı 600 avro kompensasiya

Hava yolu şirkəti uçuşun gecikməsinə səbəb olarsa kompensasiya alına bilər.
Təəssüf ki, bir çox sərnişin hava yolu şirkətlərindən kompensasiya haqqlarını alma şanslarını qaçırdırlar.
Uçuşunuz ləğv olunarsa və ya dəyişdirilərsə, 3 saat gecikmədən sonra artıq kompensasiya haqqınızı ala bilərsiniz. 3 il əvvəl baş verən uçuş gecikməsi, ləğvi və ya dəyişdirilməsi üçün kompensasiya tələb edə bilərsiniz.
Uçuşun ləğv olunma və ya gecikdirilmə hallarında kompensasiya haqqları barəsində suallarınız varsa ətraflı məlumat üçün hər zaman Flycancel ilə əlaqə saxlaya bilərsiniz.