Fors Major Nədir?

Baş SəhifəFORS MAJOR

"Uçuş təxirə salındıqda, ləğv olunduqda və ya sərnişin uçuşa buraxılmadığında, hava şirkətləri bir çox vaxt ""fors major"" terminini səbəb kimi istifadə edirlər.

Fors major ""böyük güc"" deməkdir və adətən nəzarət edilə bilməyən bir hadisə kimi izah olunur. Adətən, qeyri-adi hava şəraiti, təbii fəlakətlər, müharibə, terror və epidemiyalar elə hallara aiddirlər.

Fors Major Nədir?

Fors major səbəbindən bir uçuş ləğv olunanda və ya təxirə salınanda, hava yolu və ya səyahət şirkəti adətən bunun üçün məsuliyyət daşımır.

Fors major səbəbindən səfəriniz ləğv olunarsa, bilet xərcinin geri qaytarılmasına icazə verilir. Lakin qanuna əsasən ehtiyac xərclərindən əlavə olaraq müştərinin kompensasiya almağa haqqı yoxdur.

Uçuşunuz evə döndüyünüzdə ləğv olunarsa və ya təxirə salınarsa, hava yolu şirkəti sərnişinləri yemək və otel ilə təmin etməlidir. Əgər başqa bir hava limanına nəqliyyat lazımdırsa (gedişiniz dəyişdiriləndə) nəqliyyatın ödənməsi hava yolu şirkətinin məsuliyyətidir.

Xərclərinizi Məhdudlaşdırın

Fors major səbəbindən uçuşunuz ləğv olunarsa, hava yolu şirkəti yemək, içki və və otel ilə təmin etmək məsuliyyətini daşıyır, lakin bu xidmətlər hər zaman dərhal həyata keçirilmir. Hava yolu şirkəti xərclərinizi avtomatik olaraq ödəməyə bilər. Bəzən hava yolu şirkəti xərclərinizə aid bütün sənədlərin saxlanması barəsində sizi sadəcə məlumatlandıra bilər.

Bu cür hallarda əlavə xərcləri ödəməmək üçün bahalı otellərdə qalmamağınızı məsləhət görürük. Bu cür yanaşma hava yolu şirkəti ilə əlaqə saxlaya bilmədiyiniz zamana da aiddir.

Hər Şey Fors Major Sayılmır

Bir hava yolu şirkəti hər bir gözlənilməz hadisəni ""fövqəladə hal"" adlandıraraq uçuşu ləğv edə bilməz.

Hər hansı bir vəziyyətin fors major adlandırılması üçün bütün məqbul addımların həyata keçirilməsinə baxmayaraq qeyri-adi bir halın baş verməsi gərəkir.

Bir hava yolu şirkəti səbəbsiz olaraq fors major səbəbini bildirib uçuşu ləğv edərsə, sərnişin AB qanununa görə kompensasiya haqqına malikdir.

Flycancel şirkəti hər il daha çox hava yolu şirkətlərinin kompensasiya ödəməmək məqsədi ilə fors-major səbəbindən istifadə etdiyinin şahidi olur. Kompensasiya haqqına malik olma barəsində sualınız varsa Flycancel şirkəti ilə əlaqə saxlaya bilərsiniz və biz sizə yardım edərik.

Müraciət Eləmək