Faq

Baş SəhifəFAQ

Neçə müddət əvvəl baş verən uçuşlar üçün kompensasiya haqqımı tələb edə bilərəm?

3 il əvvəl baş verən gecikmələr üçün kompensasiya tələb edə bilərsiniz. Son 3 il ərzində gecikmə, ləğv edilmə və ya uçuşa buraxılmama ilə üzləşdinizsə bunu sübut edə biləcək bir bilet və ya başqa bir sənəd tələb edir.

Hansı hava yolu şirkətləri üçün kompensasiya haqqımı istəyə bilərəm?

Prinsipcə bütün hava yolları şirkətlərinə müraciət edə bilərsiniz. Flycancel əsasən AB və Türk hava yolu şirkətləri ilə olan proseslər ilə məşğuldur. Charter və ucuz uçuşlar daxil olmaqla, bütün hava yolu şirkətləri AB 261/2004 saylı qanununa tabe olur. Gecikmə AB ölkəsindən və ya hava yolu şirkəti Avropa Birliyinə aid olduğu halda kompensasiya qaydaları tədbiq olunur.

Kompensasiya haqqının istənilməsi üçün uçuş nə qədər gecikməlidir?

Qanunvericiliyə əsasən, kompensasiya haqqını əldə etmək üçün uçuşunuz son nöqtəyə ən az 3 saat gecikmə ilə gəlməlidir. Lakin ləğv edilmiş və dəyişdirilmiş uçuşlar üçün digər qaydalar tədbiq olunur və sadəcə 2 saatlıq gecikmə yetərlidir. Türk hava yolu şirkətləri ilə Türkiyədən səyahət edərkən digər qaydalar tətbiq olunur.

Kompensasiya prosesi nə qədər davam edir?

Kompensasiya haqqının qazanılma və alınma müddəti hava yolu şirlətindən aslıdır. Məsələn, SAS proseslərinin tamamilə yekunlaşmağı üçün yalnız 1 ay yetərlidir. Primera Air şirkətləri ilə olan proseslər nadir hallarda 8-9 ay ərzində tamamlana bilər. Proses müddəti gecikmənin baş verdiyi ölkədən də asılıdır. Misal üçün, uçuş AB ölkəsindən baş verərsə, Malagadan olan uçuşun gecikməsi üçün şikayət İspaniyada müraciət edilməlidir.

Flycancel xidmətlərinin qiyməti nə qədərdir?

Flycancel xidmətlərindən istifadə etmək əslində pulsuzdur. Ancaq kompensasiya qazandığımızda xidmət haqqımızı alırıq.

Biz hava yolu şikayətləri ilə məşğul olan Danimarkanın ən ucuz şirkətiyik. Rəqiblərimiz ən azı 20-25% geri çəkilməklə. Bizim rəqiblər ƏDV xaric olaraq 20-25% xidmət haqqı aldığı zaman Flycancel şirkəti Avropa Birliyi uçuşları üçün ƏDV xaric olaraq ancaq 15% xidmət haqqı alır.

Sizin üçün kompensasiya qazanmasaq xidmətlərimizdən istifadə etmək pulsuzdur. Əlavə xərcləriniz üçün də prosesə başlamasaq sizdən heç bir xidmət haqqı istəməyəcəyik.

Türk hava yolları şirkətləri ilə olan proseslərdə başqa qaydaların tətbiq olunur.

Türk hava yolu şirkətləri ilə kompensasiya prosesləri haqqında bölümə baxın. Türk hava yolu şirkətləri ilə olan kompensasiya prosesləri Türkiyədən keçirildiyi üçün digər ödənişlər tətbiq olunur.

Hansı hallarda xərclərin geri qaytarılmasına haqqım var?

Uçuş gecikməsi və ya ləğvi ilə bağlı bütün məqbul xərclər hava yolu şirkəti tərəfindən ödənilməlidir. Qanunvericilikdə qeyd olunur ki, 2 saatlıq gecikmədən sonra hava yolu şirkəti sərnişinlərə yemək, içki təklif etməli və zərurət yarandıqda oteldə qalmalarını da təmin etməlidir.

Sizə yemək, içki və oteldə qalmaq təklif edilməzsa, Flycancel sizə bu xərclərin məbləğini geri qaytarmaqda yardım edə bilər və bunun üçün bütün qəbzləri saxlamanızı xahiş edirik.

Uçuşa buraxılmamasına görə kompensasiya almaq üçün hansı şərtlər var?

Əgər siz bir uçuşa bilet almısınız və sizin üçün eyni uçuşda yer yoxdursa (overbooking), yeni bir uçuş ile səyahətinizə davam etmək hava yolu şirkətinin məsuliyyətidir. Planlaşdırılmış uçuşla müqayisədə faktiki uçuşunuz 2 saatdan çox gecikdirildisə, siz kompensasiya haqqına maliksiniz. Ayrıca yemək, içki almağa və oteldə qalmağa haqqınız da var.

Uçuşun ləğv olunmasına görə kompensasiya almaq üçün hansı şərtlər var?

Əgər hava yolu şirkəti uçuş tarixindən 14 gün əvvəl uçuş dəyişikliyi barəsində sizə məlumat verərsə, bu halda heç bir kompensasiya haqqınız yoxdur.

Əgər hava yolu şirkəti uçuş günündən 7 ilə 13 gün arasında uçuş dəyişikliyi barəsində xəbərdarlıq edərsə, kompensasiya almaq üçün planlaşdırılmış və faktiki uçuşlar arasında 4 saatlıq gecikmə olmalıdır.

Əgər hava yolu şirkəti uçuş tarixindən 0 ilə 7 gün arasında uçuş dəyişikliyi barəsində sizə məlumat verərsə, 2-4 saat arasında bir gecikmə olduğunda 50% kompensasiya ala bilərsiniz. Əgər 4 saatdan artıq gecikmə yaşanarsa, 100% kompensasiya tətbiq olunur. Uçuşun ləğv olunması və ya dəyişdirilməsi 14 gün ərzində baş verərsə, hava yolu şirkəti sizi başqa bir uçuşa almaq məsuliyyətini daşıyır.

Uçuşunuz hava limanında olduğunuzda ləğv olunarsa və uçuşa girməyəcəksinizsə, 2 saat gözlədikdən sonra kompensasiya üçün müraciət edə bilərsiniz. Bu arada uçuşunuz dərhal yeni bir uçuşa dəyişdirilsə və son təyinatınıza eyni vaxtda gəlsəniz kompensasiya haqqınız yoxdur.

2 saat gecikmə ilə gəlsəniz, 600 avroya qədər kompensasiya əldə etmək mümkündür.

Hər hansı sualınız varsa, buradan bizimlə əlaqə saxlaya bilərsiniz.

Uçuşun təxirə salınmasına görə kompensasiya almaq üçün hansı şərtlər var?

Uçuşunuz 3 saat və daha çox gecikdirildikdə uçuşun gecikməsinə görə kompensasiya haqqına sahibsiniz. Lakin gecikmə gediş saatına görə deyil, gəliş saatına görə sayılır. Gəliş saatı kompensasiya haqqı məsələsində çox vacibdir.

Buna görə də planlaşdırılmış və faktiki gəliş saatını müqayisə etməlisiniz. Planlaşdırılmış gəliş saatı biletdə göstərilir.

Bəzən pilot 3 saatlıq və daha çox gecikmədən sonra yola çıxa bilər ancaq havada olan məsafəni qısaldıb və məsəl üçün yalnız 2,5 saat gecikmə ilə enə bilər. Bunun tərsi də yaşana bilər. Uçuş təxminən 2,5 saat gecikmə ilə baş verə bilər, amma hava trafikinə görə təyyarə eyni zamanda 3 saatdan çox gecikmə ilə enə bilər. Bu halda sizin kompensasiya hüququnuz var.

Əgər bu barədə hər hansı bir sualınız varsa Flycancel ilə 71989900 nömrəsinə zəng vuraraq əlaqə saxlaya bilərsiniz. Biz bütün təyin edilmiş uçuşların faktiki gediş və gəliş vaxtını göstərən xüsusi sistemlərdən istifadə edə bilərik. Təəssüf ki, biz hər zaman charter uçuşlar (məsələn, kirayəyə verilmiş təyyarələr) üçün gediş və gəliş vaxtını görə bilmərik, lakin sizin üçün lazimi məlumatı tapmağa hər zaman hazırıq.

Nə qədər kompensasiya ala bilərəm?

Nə qədər kompensasiya əldə edə biləcəyiniz, uçuşun başlanğıc və son nöqtəsi arasındakı məsafədən aslıdır. Kompensasiya aşağıda qeyd olunan kimi hesablanır:

Daxili uçuşlar üçün 100 Avro kompensasiya almağa haqqınız var.

1500 km-lik beynəlxalq uçuşlar üçün 250 avro kompensasiya almağa haqqınız var.

1,500 və 3,500 km arasında beynəlxalq uçuşlar üçün 400 Avro kompensasiya almağa haqqınız var.

3,500 km-dən artıq beynəlxalq uçuşlar üçün 600 avro kompensasiya almağa haqqınız var.

Məsafə avtomobil yol məsafəsinə görə deyil, uçuş məsafəsinə (quş görünüşü) görə hesablanır.

Müraciət Eləmək