Air France ilə gecikmələr və ləğvlər

 

Fransız hökumətinə məxsus olan Air France, dünyanın hər yerindən səyahət edənlərə tam xidmətli uçuşlar təklif edir. Air France, Hollandiyanın birgə mülkiyyətində olan KLM şirkətinin bir hissəsidir. Bu, KLM-Air France əməkdaşlığını Avropanın ən böyük hava yolu şirkətlərindən birinə çevirir.

Hava yolu şirkəti dünyada 200-dən çox istiqamətdə hər il 48 milyondan çox səyahətçini daşıyır. Air France Danimarkanın ən çox istifadə edilən ilk 10 hava yolu şirkəti arasındadır və təxminən illik 400.000 sərnişinlə Kastrupdan həftədə 35 səfəri həyata keçirir.

Sizin Air France uçuşunuz gecikdirildi və ya ləğvmi edildi?

Air France, yüksək keyfiyyətli tam xidmətli bir hava yolu şirkəti olmasına baxmayaraq, onların da daimi uçuş gecikmələri və ləğvləri yaşanılır. Air France uçuşunuz təxirə salınarsa və ya ləğv olunarsa, kompensasiya haqqı ilə özünüzü rahatlaya bilərsiniz.

Komepnsasiya haqqı 600 avroya qədər dəyişə bilər. Bununla belə, kompensasiya almaq üçün bir neçə şərt var. Air France uçuşunuz ən azı 3 saat gecikməlidir və ya tamamilə ləğv edilməlidir. Air France uçuşunuza buraxılmadığınız təqdirdə də kompensasiya almağa haqqınız var.

600 avroya qədər kompensasiya haqqı Avropa Birliyinin 261/2004 saylı qanunu ilə təmin olunur. Qanun Avropa Birliyinin ölkələrinə (İsveçrə, Norveç, İslandiya və s. daxil olmaqla) və bu ölkələrə aid olan hava yolları şirkətləri ilə edilən səfərlərə aiddir.

Air France gecikdirilmiş uçuşlar üçün sübut təqdim etməlidir

Avropa Birliyinin 261/2004 saylı qanununa əsasən, hava yolu şirkətləri gecikmə və ya ləğv üçün məsuliyyət daşıyırlarsa kompensasiya ödəməlidirlər. Adətən, terror, müharibə, qeyri-adi yol şəraiti, təbii fəlakətlər və ya tətillər kimi fövqəladə hallarla əlaqədar olmayan gecikmələr və ləğvlər sərnişinlərə kompensasi haqqını qazandırır.

Qanuna əsasən, Air France hava yolu şirkəti uçuşun pozulması barəsində məsuliyyət daşımadığını bildirən sübut təmin etməlidir. Air France "günahsız" olduqlarını sübut edə bilmirsə, sərnişin təzminat haqqına malikdir.

Air France kompensasiya ödəməmək üçün gecikmə və ya ləğvetmə ilə bağlı məsuliyyət daşımadıqlarını iddia edə bilərlər. Belə hallarda, Flycancel bu prosesin son qərarını almaq üçün məsələni Danimarka Nəqliyyat İdarəsinə ötürür.

Danimarka Nəqliyyat İdarəsi Air Berlinin gecikmə və ya ləğvə görə məsuliyyət daşıdığını təsdiqləsə, prosesin yekunlaşdığı qəbul edilir və sərnişinlər adam başı 600 avroya qədər kompensasiya alırlar.

Air France uçuşu ilə gecikdiniz? Kompensasiya üçüb bu gün müraciət edin!

Air France şirkətinə qarşı bir prosesə başlamaq olduqca asandır. Sadəcə www.flycancel.com saytına daxil olmanız tələb olunur. Burada ilk səhifədə formu doldurub biletinizin surətini təqdim edə bilərsiniz.

Biletinizi tapa bilməsəniz ümidinizi itirməyin. Turizm şirkətinə və ya Air France şirkətinə müraciət edərək biletinizin surətini əldə edə bilərsiniz. Son 3 il ərzində Air France ilə edilən səfərlər üçün kompensasiya tələb edə bilərsiniz.

Kompensasiya kimi istənilən məbləğ yerli və ya beynəlxalq uçuş olmasından, başlanğıc və son nöqtələri arasındakı məsafədən aslıdır.

  • Yerli uçuşlar üçün adam başı 100 avro kompensasiya
  • 1,500 kmdən az məsafəli beynəlxalq uçuşlar üçün adam başı 250 avro kompensasiya
  • 1,500 - 3,500 km arası məsafəli beynəlxalq uçuşlar üçün adam başı 400 avro kompensasiya
  • 3,500 kmdən çox məsafəli beynəlxalq uçuşlar üçün adam başı 600 avro kompensasiya