Air Berlin ilə gecikmələr və ləğvlər

Bir zamanlar Almaniyaya aid olan Air Berlin, hal hazırda Etihad Airways şirkətinə məxsusdur. Hava yolu şirkəti tam xidmətli və eyni zamanda ucuz qiymətli bir şirkət olaraq özünü tanımladır. Bir sözlə, Air Berlin ucuz uçuş tarifləri və nisbətən yüksək səviyyəli xidmət təklif edir.

Air Berlin Almaniyanın ikinci ən böyük hava yolu şirkətidir və dünya üzrə 135 istiqamətə illik 28 milyon sərnişin daşıyır. Kopenhagen hava limanından hər həftə 45 uçuş ilə təxminən 500 min sərnişin daşınır.

Sizin Air Berlin uçuşunuz gecikdirildi və ya ləğvmi olundu?

Air Berlin digər hava yolu şirkətlərindən çox fərqlənmir və onların da daimi uçuş gecikmələri və ləğvləri yaşanılır. Air Berlin uçuşunuz təxirə salındıqda və ya ləğv olunduqda, kompensasiya haqqı ilə özünüzü rahatlaya bilərsiniz.

Adam başı 600 avroya qədər olan kompensasiya haqqınız ola bilər. Bu kompensasiya haqqının şərti uçuşunuzun ən azı 3 saat gecikməsi və ya ləğv edilməsidir. Əgər Air Berlin uçuşuna buraxılmasanız, o halda da kompensasiya haqqınız ola bilər.

Bu haqqınız Avropa Birliyinin 261/2004 saylı qanunu ilə təmin olunur. Qanun Avropa Birliyinin ölkələrinə (İsveçrə, Norveç, İslandiya və s. daxil olmaqla) və bu ölkələrə aid olan hava yolları şirkətləri ilə edilən səfərlərə aiddir.

Gecikdirilmiş və ya ləğv edilmiş uçuş? Air Berlin sübut təqdim etməlidir

Avropa Birliyinin 261/2004 saylı qanunu hava yolu şirkətlərinin uçuş təxiri və ya ləğvi barəsində sübut təqdim etmələrinin lazım olduğunu bildirir. Əgər hava yolu şirkəti gecikmə və ya ləğv üçün məsuliyyət daşıyır və bu inkar oluna bilməzsə, sərnişinlərə kompensasiya haqqı ödənməlidir.

Bununla belə, Air Berlin kimi hava yolu şirkətləri kompensasiya ödəməmək üçün gecikmə və ya ləğvetmə ilə bağlı məsuliyyət daşımadıqlarını iddia edə bilərlər. Belə hallarda Flycancel bu prosesin son qərarını almaq üçün məsələni Danimarka Nəqliyyat İdarəsinə ötürür.

Danimarka Nəqliyyat İdarəsi Air Berlinin gecikmə və ya ləğvə görə məsuliyyət daşıdığını təsdiqləsə, prosesin yekunlaşdığı qəbul edilir və sərnişinlər adam başı 600 avroya qədər kompensasiya alırlar.

Air Berlin uçuş gecikdirilməsi üçün kompensasiyanı indi tələb edin!

Air Berlinə qarşı bir prosesə başlamaq olduqca asandır. Sadəcə www.flycancel.com saytına daxil olmanız tələb olunur. Burada ilk səhifədə formu doldurub biletinizin surətini təqdim edə bilərsiniz.

Biletinizi tapa bilməsəniz ümidinizi itirməyin. Turizm şirkətinə və ya Air Berlinə müraciət edərək biletinizin surətini əldə edə bilərsiniz. Son 3 il ərzində Air Berlin ilə edilən səfərlər üçün kompensasiya tələb edə bilərsiniz.

Kompensasiya kimi istənilən məbləğ yerli və ya beynəlxalq uçuş olmasından, başlanğıc və son nöqtələri arasındakı məsafədən aslıdır.

  • Yerli uçuşlar üçün adam başı 100 avro kompensasiya
  • 1,500 kmdən az məsafəli beynəlxalq uçuşlar üçün adam başı 250 avro kompensasiya
  • 1,500 - 3,500 km arası məsafəli beynəlxalq uçuşlar üçün adam başı 400 avro kompensasiya
  • 3,500 kmdən çox məsafəli beynəlxalq uçuşlar üçün adam başı 600 avro kompensasiya